Türkiyə öz vətəndaşlarını Livandan geri çağırdı
09 avqust 2013 18:55 (UTC +04:00)

Türkiyə öz vətəndaşlarını Livandan geri çağırdı

Türkiyə Xarici İşlər Nazirliyi Livanda olan və bu ölkəyə getməyi düşünən ölkə vətəndaşlarına ünvanlanan xəbərdarlıqla çıxış edib.


 

APA-nın xəbərinə görə, XİN Liviyadakı Türkiyə vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb. Nazirlik həyati bir məsələ olmadığı təqdirdə, Livana səfər etməməyi də məsləhət görüb.

 

Qeyd edək ki, “Türk Hava Yolları”nın pilotları Murad Akpınar və Murad Ağca Livanın paytaxtı Beyrutda oğurlanıb. Özünü “İmam Rzanın ziyarətçiləri” adlandıran qrup olayın məsuliyyətini öz üzərinə götürüb. Onlar pilotların əvəzində Suriyada saxlanılan 9 livanlının azad edilməsi tələbin irəli sürüblər.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481
avatar

Oxşar yazılar