Türkiyə Dəyanət İşləri Bakanlığı ölkədə 82 min 693 məscidin olduğu haqda açıqlama yayıb.
Lent.az-ın «Habertürk»-yə istinadən məlumatına görə, ən çox məscid İstanbuldadır -3 min 113, ən az isə Tuncelidədir 117.
Qurumun məlumatına əsasən, son 10 ildə 7 min 324 məscid artıb. On ilə öncə 75 min 369 məscid olubsa, indi onların sayı 82 min 693-dür.