42 yaşlı Hüseyn Eşkol adlı kişi toyuq hininə dadanan tülküdən qurtulmaq istəyərkən həyatını itirib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, toyuq hininə girən tülkünü öncə ağacla, sonra daşla vuraraq oradan çıxarmaq istəyən kişi buna nail ola bilməyib. Əvəzində tülkü hirslənərək, ona hücum edib və kişini ölümcül şəkildə yaralayıb. Eşkol dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Tülkünün vurduğu yara izləri olduqca dərin olub.
Alimlər bildirir ki, şikar üstündə olan yırtıcı heyvanlara hücum etmək əksər hallarda ölümlə nəticələnir. Çünki həmin vaxt onlar hər zamankından daha qəddar və aqressiv olurlar.