Bərdədə gənc qız sirkə turşusundan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Mirzəxan kəndində qeydə alınıb.
Kənd sakini olan 27 yaşlı T. Əsədova yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.