Bu yollar sabahdan BAĞLANIR  - SİYAHI
21 avqust 2026 18:24 (UTC +04:00)

Bu yollar sabahdan BAĞLANIR - SİYAHI

0

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Lent.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla həmin yolların siyahısını təqdim edir:

Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi — avqustun 21-i saat 19:00-dan;
Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol — avqustun 22-si saat 09:00-dan;
Səbail rayonunun Əlibəyov qardaşları küçəsi — avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 54

Oxşar yazılar