ABŞ kommersiya kosmik uçuşlarını  kəskin artırmaq istəyir
21 avqust 2026 23:36 (UTC +04:00)

ABŞ kommersiya kosmik uçuşlarını kəskin artırmaq istəyir

0

ABŞ Prezidenti Donald Tramp ölkədə kommersiya kosmik uçuşlarının sayının kəskin artırılmasını nəzərdə tutan memorandum imzalayıb.

Lent.az xəbər verir ki, sənədə əsasən, 2030-cu ilədək ABŞ ərazisindən ildə 1000-dən çox kosmik uçuş və kosmik aparatların Yerə qayıdışı üçün imkan yaradılması planlaşdırılır. 2025-ci ildə ABŞ-da bu göstərici 178 olub.

Yeni plan çərçivəsində hökumət qurumlarına əlavə raket buraxılışı və eniş məntəqələrinin yaradılması, icazələrin verilməsi və ekoloji qiymətləndirmə proseslərinin sürətləndirilməsi tapşırılıb. Vaşinqton həmçinin özəl şirkətlərlə əməkdaşlığın genişləndirilməsini və kosmik infrastrukturun inkişafına daha çox investisiya cəlb edilməsini istəyir.

Memorandum NASA-ya Ay və Mars istiqamətində kommersiya missiyalarının inkişafına dəstək verməyi də tapşırır. Tramp administrasiyası amerikalı kosmonavtların 2028-ci ildə Aya qaytarılmasını, həmçinin gələcəkdə Marsa insanlı missiyalar üçün kommersiya imkanlarının yaradılmasını hədəfləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar