Arıqlamaqla bağlı bütün qaydaları POZDU:  Yağdan, ətdən yeyib 22 kilo verdi
21 avqust 2026 14:34 (UTC +04:00)

Arıqlamaqla bağlı bütün qaydaları POZDU: Yağdan, ətdən yeyib 22 kilo verdi

0

40 yaşlı Rut Soukup illərlə az kalorili və məhdudlaşdırıcı pəhrizlər saxlamasına baxmayaraq, itirdiyi çəkini yenidən geri alıb. Qidalanma rejimini tamamilə dəyişən qadın 22 kilo arıqlayıb və çəkisini uzun müddət qorumağı bacarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Soukup kalori hesablamaq əvəzinə, uzun müddət tox saxlayan zülal və yağla zəngin məhsullara üstünlük verib.

O, pəhriz zamanı qırmızı ət, bütöv yumurta və porsiyaya nəzarət etməklə təbii kərə yağı qəbul edib. Soukup bu qidaların toxluq hissini uzatdığını və əzələ kütləsini qorumağa kömək etdiyini bildirib.

40 yaşlı qadın bağırsaq sağlamlığını dəstəkləmək üçün kələm turşusu və digər fermentləşdirilmiş qidaları da menyusuna əlavə edib. Halsızlıq və şirniyyat istəyinin qarşısını almaq məqsədilə mineral və elektrolit balansına diqqət yetirib.

Mütəxəssislər isə nəticənin yalnız müəyyən məhsullarla deyil, ümumi kalori balansı, porsiya ölçüsü, fiziki fəallıq və insanın sağlamlıq vəziyyəti ilə əlaqəli olduğunu vurğulayırlar. Belə qidalanma rejiminə başlamazdan əvvəl həkim və ya dietoloqla məsləhətləşmək tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar