Bu payızda ən dəbli saç modelləri -FOTOLENT
21 avqust 2026 15:36 (UTC +04:00)

Bu payızda ən dəbli saç modelləri -FOTOLENT

0

2026-cı ilin payızında saç dəbində rahatlıq, təbiilik və asan forma verilən kəsimlər ön plana çıxacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün əsas trendlərindən biri ucları yumşaq saxlanılan və qulaq arxasına yığıla bilən “boyfriend bob” modeli olacaq. Üz cizgilərini vurğulayan laylı kəsimlər də populyarlığını qoruyacaq.

Yüngül və seyrək “cloud bangs” kəkilləri, yumşaq “shag”, cəsarətli “pixie shag” və klassik fransız “bob”u payızın ən çox seçilən modelləri sırasında göstərilir. Saçını kəsdirmək istəməyənlər isə yana ayrılmış saçlar, təbii dalğalar və səliqəli topuzlarla dəbli görünüş yarada bilərlər.

Rəng seçimində tünd şokolad, darçın, kəhrəba, karamel və isti şabalıdı çalarlar üstünlük təşkil edəcək. Mütəxəssislər saç modelini seçərkən yalnız dəbi deyil, üz quruluşunu, saçın sıxlığını və gündəlik qulluq imkanlarını da nəzərə almağı məsləhət görürlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10

Oxşar yazılar