Məhsulu müştəriyə 20 qəpik baha  satan aptek CƏRİMƏLƏNDİ
21 avqust 2026 14:48 (UTC +04:00)

Məhsulu müştəriyə 20 qəpik baha satan aptek CƏRİMƏLƏNDİ

0

Biləsuvarda müştəriyə məhsulu baha satan apteklər şəbəkəsi cərimələnib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin H. Əliyev küçəsindəki “Buta” aptekdə qeydə alınıb.

Qiyməti üzərində 25 manat 90 qəpik göstərilən “Zintox N20” adlı qida əlavəsi müştəriyə 20 qəpik baha, 26 manat 10 qəpiyə satılıb. Həmin alıcı da ona verilən çekin fotosunu çəkərək Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərib. Aparılan araşdırma zamanı fakt öz təsdiqini tapıb.

“Buta” apteklər şəbəkəsinin qanuni nümayəndəsi məhkəməyə müraciətində iclasda iştirak etməyəcəklərini bildirərək, barələrində yüngül cərimə cəzası verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə “Buta” apteklər şəbəkəsi 4000 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar