Corablarında 200 kərtənkələ saxlayan kişi saxlanıldı - biri 630 dollardır
21 avqust 2026 13:49 (UTC +04:00)

Corablarında 200 kərtənkələ saxlayan kişi saxlanıldı - biri 630 dollardır

0

Tokio hava limanında 23 yaşlı Meksika vətəndaşı qeyri-adi qaçaqmalçılıq zamanı saxlanılıb. Onun ölkəyə qanunsuz şəkildə təxminən 200 kərtənkələ keçirməyə çalışdığı müəyyən edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gömrük əməkdaşları kişinin çamadanında 22 cüt corabın içərisinə yerləşdirilmiş təxminən 200 kərtənkələ aşkarlayıblar.

Yoxlama zamanı heyvanlardan birinin artıq öldüyü müəyyən edilib. Tapılan sürünənlər arasında nəsli kəsilmək təhlükəsi altında olan 9 Meksika alliqator kərtənkələsi də olub.

Məlumata görə, qaçaqmalçılıq cəhdi Yaponiyada ekzotik sürünənlərə yüksək tələbatla əlaqələndirilir. Belə heyvanlardan birinin yerli bazarda qiyməti 630 dollara qədər çata bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 102

Oxşar yazılar