«Rumıniyanın Moldova ilə birləşməsi yeni dövlətçiliyin təməli olacaq».
Lent.az-ın «İTAR TASS»-a istiadən məlumatına görə, bu bəyanatla Rumıniya prezidenti Trayan Besesku Milli televiziyaya ilə çıxış edib.
«Rumıniyanın birinci təməl dövlət layihəsi NATO-ya daxil olmaqdır. İkincisi Avropa Birliyinə üzvlükdür. Üçüncü isə şəksiz, Moldova ilə birləşməkdir. Xalq bir yer olmaq istəyindən heç vaxt dönməyəcək. Siyasətçilərin hesablamalarını nəzərə almıram. Fəaliyyətim, Moldova ilə münasibətim birləşmə ideyası ilə bağlıdır. İndi onun zamanını olmadığını bilirəm, ancaq bu baş verəcək» -deyə, prezident vurğulayıb.
Bu məsələsi Rumıniyanın xarici işlər naziri Titus Koreltsyanla «razılaşdırıbsınızmı» sualına cavabında prezident deyib: «Siyasətə mən rəng qatmalıyam. Siz hesab edirsiniz ki, cənab Koreltsyan Moldovanın birləşməsini istəmir?»
Rumıniyanın «INSCOP Research» sosial-araşdırma xidmətinin bu həftə dərc olunmuş məlumatına əsasən, rəyi soruşulanların 52 faizi Moldova ilə Rumıniyanın birləşməsində ən başlıca mane Rusiyanın bölgədəki geopolitik təsirini göstərib.