Tramp Rusiya ilə münasibətlərdən danışdı
18 iyul 2018 00:01 (UTC +04:00)

Tramp Rusiya ilə münasibətlərdən danışdı

ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

 

“Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər”, deyə D.Tramp qeyd edib.

 

Eyni zamanda, D.Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. ABŞ prezidenti həmçinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyatın nəticəsi ilə razılaşdığını bildirib. “Mən kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”, deyə D.Tramp vurğulayıb.

 

Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar