Ukraynanın məhbus baş naziri Yuli Timoşenkonun kabinetində müdafiə naziri əvəzi olmuş Valeri İvaşenko Danimarkadan siyasi sığınacaq alıb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, 2009-cu ilin iyunundan 2010-cu ilin martınadək müdafiə naziri vəzifəsini icra edib. 2012-ci ilin aprelində dövlətə 8,8 milyon dollar ziyan vurmaq ittiham olunaraq, 5 il azadlıqdan məhrum olunmuşdu. Məhkəmənin bu qərarı 4 ay sonra şərti işlə əvəzlənmişdi.