Timoşenko müddətsiz aclığı dayandırıb
06 dekabr 2013 21:09 (UTC +04:00)

Timoşenko müddətsiz aclığı dayandırıb

Ukraynanın məhbus, keçmiş baş naziri Yuliya Timoşenko aclıq aksiyasını dayandırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda onun qızı Yevgeniya Timoşenko xəbər verib.

 

«O, aclığı Maydanın xahişi ilə dayandırıb» -deyə, Y.Timoşenok anası ilə görüşdən sonra jurnalistlərə bildirib.

 

Bir müddət öncə 7 il azadlıqdan məhrum edilmiş keçmiş baş nazirin vəkili Sergey Vlasenko müvəkkilinin 10 gündə fiziki cəhətdən güclü zəiflədiyini söyləmişdi.

 

Xatırladaq ki, o, noyabrın 25-də hakimiyyətdə Avropa Birliyi ilə assosiasiya müqaviləsini bağlaması tələb edərək, müddətsiz aclıq aksiyasına başlamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Oxşar yazılar