Tiflis məhkəməsi merin səlahiyyətlərini dayandırmayıb
03 mart 2013 07:09 (UTC +04:00)

Tiflis məhkəməsi merin səlahiyyətlərini dayandırmayıb

 

Tiflis Apelyasiya məhkəməsi prokurorluğun Tiflis meri Qiqi Uqulavanın səlahiyyətlərinə  son qoyulmasına dair müraciətini təmin etməyib.  Lent.az-ın  “Qruziya Onlayn”a istinadən məlumatına görə, Ali Məhkəmə bildirib ki, Apelyasiya məhkəməsi,prokurorluğunun,eləcə də Tiflis şəhər məhkəməsinin Uqulava barədə qətimkan tədbirinin seçmədiyi ilə bağlı ikinci şikayəti də yolverilməzdir.   

 

Apelyasiya məhkəməsi hər iki şikayətə şifahi dinləmə aparmadan baxıb.

 

Qeyd edək ki, prokurorluq Qiqi Uqulavanı özgəsinin əmlakını mənimsəmədə və qanunsuz gəlirlərin leqallaşmasında günahlandırır. Bu ittiham 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

 

Xatırladaq ki, Baş prokurorluq Tiflis meri Qiqi Uqulava barəsində bir milyon lari məbləğində girov qarşılığında qətimkan tədbiri seçilməsi, onun səlahiyyətlərinə  son  və ölkədən çıxmasına qadağa qoyulması tələbi ilə çıxış edib. Tiflis şəhər məhkəməsi bu şikayətlərin heç birini təmin etməyib.

 

Qiqi Uqulavanın işi üzrə ilkin məhkəmə iclası aprelin 10-na təyin olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar