Çinin Tibet vilayətində yerləşən qızıl mədənlərindən birində baş vermiş torpaq sürüşməsi nəticəsində 83 fəhlə torpaq altında qalıb
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,
fəhlələr Çin Milli Qızıl Qrupuna məxsus müəssisədə çalışıb. Ərazidə xilasetmə işləri davam edir, mütəxəssislər fəhlələrin sağ qalması ehtimalının olmadığını bildirirlər.
Çin KİV bildirib ki, sürüşmənin uzunluğu 3 km, oradakı gil-torpağın həcmi isə 2 milyon kub metrdir.