Bu gün ABŞ-da təyyarə qəzası baş verib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, yüngül reaktiv “Hawker Beechcraft 390/Premier I” tipli təyyarə Corciya ştatında, Oqast şəhərindən 30 kilometr qərbdə yerləşən Tomson-Makdaffi aeroportuna enən zaman yerə çırpılıb və yanmağa başlayıb.
Təyyarədə 7 nəfər olub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.