PKK terror təşkilatının İran qanadı-PJAK Tehran hökuməti ilə ötən ilin aprelindən elan etdiyi atəşkəsə son qoyub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə PJAK öz internet saytında xəbər yerləşdirib.
İran ordusu bir neçə gün öncə Sərdəşti sərhəd bölgəsində əməliyyat keçirib. Ağır qarşıdurmalardan sonra 7 İran hərbiçisi və 2 terrorçu öldürülüb.