Ter-Petrosyan Raffi Ovannisyana dəstək verdi
23 fevral 2013 17:56 (UTC +04:00)

Ter-Petrosyan Raffi Ovannisyana dəstək verdi

 

 

“Fevralın 18-də Serj Sarkisyan prezident seçilməyib, Raffi Ovannisyan qalib gəlib”. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan lideri olduğu Erməni Ümummilli Hərəkatının İrəvanda keçirilən növbədənkənar qurultayında deyib.

 

L. Ter-Petrosyan xalqın ayağa qalxdığını bildirib: “Nəticələr birmənalıdır – Serj Sarkisyan seçilməyib, səslər onun xeyrinə saxtalaşdırılıb. Raffi Ovannisyan qalib gəlib, bu, mənim şübhə duymadığım reallıqdır. Ötən beş il müddətində Sarkisyan qeyri-legitim prezident olub. Əgər bu xalq üsyanı öz məqsədinə çatmasa, Sarkisyan daha beş il qanunsuz prezident olacaq”.  

 

Sabiq prezident hazırda xalq etirazlarına rəhbərlik edənlərdən konkret fəaliyyət görmədiyini də söyləyib: “Biz prosesi izləməliyik. Görsək ki, hər şey düzgün istiqamətdə gedir, biz lazımi məqamda etirazlara qoşulmalıyıq. Fikir verdinizsə, mitinqə qatılanların əksəriyyəti bizim mitinqlərdə iştirak edənlərdir”.

 

L. Ter-Petrosyan xarici dünyanın seçki saxtakarlığına qarşı çıxmadığını də söyləyib: “Əksinə, məndə belə təəssürat yaranıb ki, Qərb Serj Sarkisyan hakimiyyətinə legitimlik verir. Hər dəfə bu qanunsuz rejimi qorumaqla bizim xalqı məhv edirlər. Mənim üçün aydındır ki, onlar prezident vəzifəsində Serj Sarkisyana üstünlük verir və bunu gizlətmirlər”.  

 

Qeyd edək ki, Erməni Ümummilli Hərəkatının qurultayında partiyanın “Erməni Milli Konqresi Partiyası” adlandırılması qərara alınıb. Xatırladaq ki, Erməni Milli Konqresində L. Ter-Petrosyanın rəhbərliyi ilə bir neçə müxalif partiya toplaşıb. Bundan sonra konqres vahid partiya şəklində fəaliyyət göstərəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar