Taliblərin yaraladığı qız 3 milyonluq xatirə yazacaq
29 mart 2013 04:39 (UTC +04:00)

Taliblərin yaraladığı qız 3 milyonluq xatirə yazacaq

Taliblərin sui-qəsdi nəticəsində başından yaralanmış pakistanlı yeniyetmə hüquq müdafiəçisi Məlal Yusafzay öz xatirələrini yazmaq üçün 3 milyon dollarlıq müqavilə imzalayıb.

 

Lent.az-ın xarici  informasiya vasitələrinə istinadən xatırlamasına görə, bu yeniyetmə qız İngiltərdə, Birmingemdə  kral xəstəxanasında müalicə olunub. M.Yusafzayın gələcək kitabında milyonlarla uşağın təhsilə cəlb edilməsi əsas süjet xətti olacaq.

 

Qeyd edək ki, ötən ilin oktyabrında o, başqa iki məktəbli ilə birlikdə məktəbdən qayıdarkən, taliblərin silahlı basqınına məruz qalıb.

 

Hazırda o, ailəsi ilə birlikdə Birmingemdə yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Oxşar yazılar