Tacikistan Rusiyda saxlanılan uşaqların qaytarılmasını istəyib
07 mart 2013 00:54 (UTC +04:00)

Tacikistan Rusiyda saxlanılan uşaqların qaytarılmasını istəyib

Tacikistanın Moskvadakı səfirliyi Srnkt-Peterburqda uşaqların hüquqları üzrə səlayyətli Svetlana Aqapitovaya saxlanılan tacik uşaqların validenlyrinə verilməsi ilə bağlı müraciət edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, səfirliyin konsulluq xidməti uşaqların ailələrinə verilməsi üçün vətənə yola salınma xərcələrini öhdəsinə götürüb.

 

Bir müdət öncə, Peterburqda bir qrup həddi-büluğa çatmayan tacik aşkarlanmışdı. Onlar müvəqqəti olaraq, uşaq evlərinə gönədrilmişdi.

 

Səfirliyin mətbuat katibi Məhəmmə Aqamzad məsələ ilə bağlı bunları bildirib: «Hazırda uşaq evində 30 tacik uşaq saxlanılır. Onları Peterburqun küçələrindən tutublar. Uşaqlar tam sağlamdır. Onlar orta asiyalı qaraçılar-lülilərdir. Bu uşaqların sçoxu Rusiyada dilənçilik etməklə pul qazanır. Bu  yetim deyillər. Bu həmin etnik qrupun ənənəvi qazanmaq üsuludur».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar