Suriyanın Moskvadakı Səfirliyi Bəşər Əsədin ölüm xəbərinə aydınlıq gətirib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfirliyin açıqlamasında qeyd olunur ki, Əsədin ölümü ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Dövlət başçımız yerindədir və işlərini davam etdirir, yayılan söz-söhbətlər yalandır"
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-də Suriya lideri Əsədin mühafizəçisi tərəfindən öldürüldüyü bildirilmişdi.