«Vaşinqton post» qəzetinin saytı «Suriyanın elektron ordusu»nun hakerlərinin hücumuna məruz qalıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Frans press» agentliyi xəbər yayıb.
Mənbənin bildirdiyinə əsasən, qəzet bəyan edib ki, saytın bir neçə səhifəsində oxuculara «Suriyanın elektron ordusu» göndərilib.
Suriyadakı rejimin başçısı Bəşar Əsədi dəstəkləyən hakerlər ölkədəki münaqişəni işıqlandıran tanınmış şəxslərin və KİV-in «Twittre» səhifələrinə kiberhücum təşkil edib.
Məlumatda bildirilib ki, bu «ordu» «Sky News Arabia», «Al-Jazeera Mobile» , habelə «Frans Press» və «Assoşieyted Press»-in «Twittre» səhifələrinə hücumun məsuliyyətini üzərinə götürüb.