Suriyadakı vəziyyət neft bahalandırıb
28 avqust 2013 04:17 (UTC +04:00)

Suriyadakı vəziyyət neft bahalandırıb

Suriya ətrafında baş verən olaylar bağlı neftin qiyməti kəsin bahalaşıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Brent» markalı «qara qızıl»ın qiyməti bu ilin fevralındakı 113 dollar həddinədək qalxıb.

 

Sərmayəçilər qarışıqlığın başqa Yaxın Şərq dövlətlərin də yayılacağından ehtiyatlanır. Çünki belə bir vəziyyət neftin hasilatında və ya onun körfəzdən Süveyş kanalı ilə daşınmasında fasilələr yarada bilər.

 

Belə ehtimal edilir ki, dünya neft ehtiyatının 3-də biri Yaxın Şərqdədir. Fond bazarları vəziyyətə uyğun cavab verir.

 

Bir sıra ərəb dövlətlərində aksiyaların kursu kəskin düşüb. Avropa və Asiyada birja göstəricilərində nəzər çarpacaq dərəcədə enmə müşahidə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar