Suriyadakı kimyəvi silahların təhvil verilməsi ilə bağlı Rusiyanın təklifi gerçəkləşərsə, o zaman həmin silahların daşınması və müşayiət 75 minədək insana ehtiyac olacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Pentaqonun araşdırmasına əsaslanaraq, bu haqda «New York Times» yazıb.
Mənbə bildirib ki, bu hesablama təxmini olsa da, yerinə yetiriləcək tapşırığın miqyası haqda təsəvvür yaratmağa yetərlidir. Məlumatı verən Ağ ev təmsilçisinin sözlərinə əsasən, bu, şin təşkilinin mürəkkəbliyindən xəbər verir.
Mütəxəssislər bildirib ki, bu əməliyyatın gerçəkləşməsi üçün böyük məbləğdə maliyyə vəsaiti və vaxt lazımdır. Bundan başqa orada potensial hərbi riskdə mövcuddur. Bu işin icrası üçün mütəxəssislərə də ehtiyac var. BMT-nin xidmətində isə onların sayı təxminən yüz nəfərə yaxındır. Bundan başqa müfəttişlərin hücuma məruz qalacaqları da istisna edilmir. Örnək olaraq, Suriyanın əl-Səfir şəhəri yaxınlığında kimyəvi silah istehsal edən zavodun yaxınlığında daimi döyüşün getdiyi göstərilib.