Suriyada parlament seçkiləri başa çatdı
14 aprel 2016 01:37 (UTC +04:00)

Suriyada parlament seçkiləri başa çatdı

0

Suriyada Xalq Şurasına (parlament) seçkilərdə səsvermə başa çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.

 

İlkin nəticələr 48 saat ərzində açıqlanacaq. Seçkilərdə 11 mindən çox namizəd iştirak edib. Rakka və İdlib əyalətlərinin əksər ərazilərinin İŞİD və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarəti altında olduqları üçün, burada  səsvermə keçirilməyib.

 

Qeyd edək ki, Suriyanın qanunverici orqanı 250 deputatdan ibarətdir. Xalq Şurasına deputatlar ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar