Suriyanın şimalındakı Rakka şəhərində yaşayış binasına mərminin düşməsi onlarca insanın ölümünə və yaralanmasına səbəb olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 35 nəfər ölüb, 100-dən artıq insan yaralanıb.
Bölgədə onlarla ev dağılıb, xeyli sayda evdə isə yanğınlar baş verib.