Suriyada döyüşən azərbaycanlıların sirli komandiri ŞOK XƏBƏR
25 noyabr 2013 13:28 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlıların sirli komandiri ŞOK XƏBƏR

Suriyada Əsəd rejiminə qarşı vuruşan ən böyük qruplaşmanın – “Ceyş əl-Mühacirin al Ənsar”ın (“Mühacirlər ordusu”) komandiri, Əmir Umar əl-Şişaninin əsl kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, Qərb kəşfiyyatının “The Wall Street Journal”a ötürdüyü xəbərlərdə həmin şəxsin Gürcüstanın Axmeta rayonunun Cokolo kəndindən olan Tarxan Baturaşvili olduğu bildirilir.

 

Batiraşvili Pankisi dərəsində böyüyüb. Atası xristian, anası müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Gürcüstan ordusunda xidmət edib. Hərbi xidmət zamanı xüsusi kəşfiyyatçılar dəstəsinə götürülüb. Serjant rütbəsi alan Baturaşvilinin aylıq əmək haqqı 700 dollar təşkil edib.

 

2008-ci ilin avqustunda də hərbi münaqişə vaxtı cəbhə xəttində Rusiya tanklarının hərəkətini izləyən kəşfiyyat dəstəsində olub və onların koordinatlarını Gürcüstan artilleriyasına ötürülməsində önəmli rol oynayıb.

 

2010-cu ildə onda vərəm xəstəliyi aşkarlandığından, bir neçə ayını hərbi hospitalda keçirib. Sağaldıqdan sonra isə hərbi xidmətə yararsız sayılaraq, ordudan tərxis edilib. Atası deyir ki, Tarxan bundan çox məyus olubmuş. Onu hətta yerli polisə də işə götürməyiblər. 

 

2010-cu ildə Baturaşvili qanunsuz silah gəzdirmə ittihamı ilə saxlanılıb və 3 illik həbsə məhkum edilib. Tutulduqdan 16 ay sonra, 2012-ci ilin əvvəlində azadlığa çıxıb və Gürcüstanı tərk edib. O, yaxınlarda ərəb saytlarından birinə müsahibəsində deyib: “Allaha vəd vermişdim ki, türmədən sağ çıxsam, özümü cihada həsr edəcəyəm”.

 

Məlumata görə, Tarxan əvvəlcə Türkiyəyə keçib, bir müddət İstanbulda yaşayıb, sonra isə Suriyaya gedərək ən böyük cihad qruplaşmalarından birini, “Ceyş əl-Mühacirin al Ənsar”ı yaradıb. Bu qruplaşmanın tərkibində əsasən Şimali Qafqazdan və keçmiş SSRİ-nin müsəlman ölkələrindən olanlar vuruşur. Suriyada vuruşan azərbaycanlılardan ibarət dəstə də məhz  “Ceyş əl-Mühacirin al Ənsar”ın tərkibindədir. Qruplaşmanın qərargahı Hələb yaxınlığındakı keçmiş həbsxanada yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7083
avatar

Oxşar yazılar