Suriya müxalifəti ilk səfirliyini açdı
27 mart 2013 18:15 (UTC +04:00)

Suriya müxalifəti ilk səfirliyini açdı

Bəşər Əsəd Cənubi Afrika prezidentindən yardım istədi

 

Suriya müxalifəti ilk səfirliyini Qətərin paytaxtı Dohada açıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qətər Suriya Müxalif və İnqilabi Milli Qüvvələr Koalisiyasını Suriyanın yeganə qanuni təmsilçisi kimi tanıyıb.

Səfirliyin açılışında  Koalisiyanın rəhbəri Muaz əl-Hatib və Qətər xarici işlər naziri Halid əl-Atiyah iştirak ediblər. Mərasimə ərəb ölkələrinin bəzilərinin səfirləri də qatılıb. Açılış zamanı hər iki ölkənin milli marşları oxunub, daha sonra müxaliflərin bayrağı olan şarlar havaya buraxılıb.

Ərəb Dövlətləri Liqasının Dohada keçirilən tədbirində də Suriya dövlətini  Koalisiyanın rəhbəri Muaz əl-Hatib təmsil edib. Rusiya buna etirazını bildirib.  

Bu arada Suriyanın rəsmi SANA agentliyi prezident Bəşər Əsədin BRICS-in fəaliyyətdə olan sədri, Cənubi Afrika Respublikasının prezidenti Jacob Zumaya məktub göndərdiyi barədə məlumat yayıb. Bəşər Əsədin ondan  yardım istədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar