Suriya müxalifəti Dəməşqlə İordaniya paytaxtı Amman arasında yerləşən 38-saylı aviabazanı ələ keçirdiklərini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bazanın komendantı general Mahmud Dərvişin cəsədi olduğu ehtimal edilən kadrları müxalifət yayıb.
Bəşar Əsəd hakimiyyəti hələlik məsələyə münasibət bildirməyib.
Olay yerində fəaliyyət göstərən jurnalistlər qeyd edib ki, üsyançılar Dəməqə həmlə etmək üçün silah və ərzaq toplamağa səy göstərir.