Qətərdə Ərəb Dövlətləri Liqasının sammitində Suriyanı müxalifətin lideri Müəz əl-Xətib təmsil edib.
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, müxalifət lideri çıxışında deyib ki, iki ildir dünyanın gözü önündə suriyalılar qətlə yetirilir.
«Bu, inqilabı başlayan, ölkənin taleyini həll edəcək Suriya xalqıdır» - deyə, o vurğulayıb.
Liqada ilk dəfədir Suriyanı müxalifət təmsil edib. Bunu İraq, Əlcəzair və Livan düşmənliklə qarşılayıblar.
Əl-Xətib ABŞ –a müraciət edərək, Suriyanın şimal vilayətlərinin , üsyançıların müdafiəsini təşkil etmək üçün Vaşinqtonu «Patriot» raketlərdən istifadə etməyə çağırıb.