Suriya müxalifəti: «Rusiyadan vasitəçi olmaz»
09 noyabr 2013 07:04 (UTC +04:00)

Suriya müxalifəti: «Rusiyadan vasitəçi olmaz»

Suriya müxalifəti, Mili Koalisiya Suriyadakı rejim təmsilçiləri ilə Moskvada qeyri-rəsmi görüşdən imtina edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, müxalifət təmsilçisi Kamal Labvani bunun səbəbini belə açıqlayıb:«Rusiya ədalətli vasitəçi deyil. O, Suriyadakı münaqişənin bir hissəsidir».

 

O, qeyd edib ki, 2011-ci ildə Suriyada böhrandan başlayandan Rusiya Bəşar Əsəd Rejimini dəstəkləyir.

 

«Rusiya Əsədə «Suriyanı tərk et» -deyəndə ədalətli vasitəçi ola bilər. Cinayətkarı müdafiə etdiyi sürə Rusiya uduzacaq»-deyə, o, əlavə edib.

 

 

Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksandr Lukaşeviç koalisiyanın Suriyadakı  hakimiyyətlə qeyri-rəsmi görüşdən imtina etdiyini bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar