Livan müxalifətinin «əl-Müstakbəl» qəzeti Suriya Azadlı Ordusuna istinadən yazıb ki, «Hizbullah» lideri Nəsrullanın müavini Nəim Qasım fevralın 26-da avtokarvanda baş vermiş partlayış nəticəsində yaralanıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onunla bir yerdə avtomobildə Bəşar Əsəd hakimiyyətinə aid ordunun yüksək rütbəli zabiti də olub.
Müxalifət bildirib ki, ölkənin qərbində gedən döyüşlərdə hakimiyyət ordusuna başçılıq edən general-leytenant Əli Dirqəm də partlayış nəticəsində ölüb. Yaralananlar arasında isə rəsmi Dəməşqin ordu komandanlarından olub.
Mənbə bu xəbərlərin müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyini də vurğulayıb.
Suriya Azadlıq Ordusu bildirib ki, «Hizbullah» döyüşçülərinin maşın karvanı Livandan Beyrut-Dəməşq şosesi ilə hərəkət edirmiş. Oradakı Suriya komandanları Livandan məsləhətləşmədən dönürmüş.
«Hizbullah» lideri Həsən Nəsrulla özünün İranda «xərçəngdən müalicə olunması» və müavini Qasımın «yaralanması» haqda xəbərləri təkzib edib.
«Hizbullah»-ın keçmiş baş katibi Sübhi Tufayli isə Bəşar Əsəd ordusunda döyüşən «hizbullah»çıları tənqid edib:«Uşaqları qətlə yetirən, suriyalıları terror edənlər cəhənnəmlik olacaq».