Martın 11-də Suriya müxalifətinin təmsilçiləri Moskvaya səfər edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onları Rusiyanın xarici işlər naziri Sergey Lavrov qarşılayıb.
Nümayəndə heyətinə Hatəm Manaanın başçılığı ilə «Demokratiya uğrunda Milli Əlaqələndirmə komitəsi»nin üzvləri daxildir.
Görüş iştirakçıları Suriyadakı zor tətbiqinin qarşısının tezliklə alınması, müxalifətlə Bəşar Əsəd hakimiyyəti arasında danışıqların başlamasını müzakirə edib.
Xatırladaq ki, ölkənin aparıcı müxalifəti Milli Şura sayılır.