Suriya milli barışıq üzrə dövlət naziri Əli Heydərin avtomobilinə basqın edilib.
Lent.az-ın «İTAR-TASS-a istinadən məlumatına görə baş vermiş olaydan sonra , «Suriya» telekanalına müsahibəsində o, deyib: «Suriya dönüş dövrünü yaşayır. Bu həqiqəti güllə vıyıltısı susdura bilməz. Avtomobilimə atəş açanlar məni susdurmaq istəyir. Heç şübhəsiz onlar məni neytrallaşdırmaq istəyib. İnsanlar savaşdan bezib. Edə vaxt olur ki, söz güllədən güclü olur».
Mənbə bildirib ki, Əli Heydərə qarşı bir neçə dəfə sui-qəsd cəhdi olunub.
O, Suriya Milli Sosial Partiyasının lideridir.