Fransa Suriyaya qarşı hərbi əməliyyatlarda iştirakını sentyabrın 9-da konqresin qərarından və Dəməşqdə olmuş BMT müfəttişlərinin araşdırmasından sonra müəyyənləşdirəcək. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkə prezidenti Fransua Olland onu da bildirib ki, bununla belə Suriya məsələsində BMT-də çıxılmazlıq yaranarsa, fəaliyyətsizlik olmayacaq.
«Biz ABŞ konqresi və BMT müfəttişlərinin qərarını gözləyirik. Mən xalqın qarşısında açıq-aşkar qərarımı bildirəcəyəm» -deyə,o, «Böyük-20»-liyin Peterburq sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında söyləyib.
Fransa liderinin sözlərinə əsasən, Suriyada kimyəvi silahın istifadəsinə cavab vermək üçün «dövlətlərin koalisiyası formalaşdırılır»: «BMT-də çıxılmaz vəziyyət yaranarsa, o zaman Fransa bütün məsuliyyəti boyunun götürməyə hazırdır»