Suriya İsrailə məxsus pilotsuz təyyarəni vurub.
Lent.az-ın verdiyi məlumata görə, Suriya Dövlət Televiziyası pilotsuz təyyarənin Livanla sərhəddəki Deyr əl-Aşair bölgəsində vurulduğu barədə məlumat yayıb.
Livanın rəsmi NNA agentliyi isə dünən İsrailə məxsus bir kəşfiyyat və dörd döyüş təyyarəsinin günün fərqli saatlarında Livanın hava sərhədini pozduğu barədə məlumat yayıb