Yaponiyanın şimalında güclü qar yağması üzündən içindəki 130 sərnişin olan sürət qatarı relsdən çıxıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hadisə Akita prefekturasındakı stansiyada baş verib.
Maşinist bildirib ki, güclü küy eşitdikdən sonra təcili əyləcdən istifadə edib.
Xəsarət çəkənlər barəsində məlumat yayılmayıb.
Olay yerində mütəxəssislər araşdırma aparıb.