Şri-Lankanın dövlət naziri prezidenti paytaxt Kolomboda müsəlmanların təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə etməyə çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, kütlə islam dininə inanlara məxsus anbara basqın edib.
Bu basqın nəticəsində bir neçə nəfər yaralanıb. Müşahidəçilərin sözlərinə əsasən, yerli polis bu cinayətin qarşısını almağa tələsməyib.
Bir sıra yerli radikal buddist KİV ölkədəki müsəlmanları «ekstremizmdə» ittiham edib.
Mənbənin xatırlamasına görə, Şri-Lanka əhalisinin 10 faizə yaxını islam dininə inanır.