Somalidə "Əş-Şabab" terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb.
APA-nın məlumatına görə, bu barədə BBC xəbər verib.
Məlumata əsasən, insident ölkənin cənub-qərb hissəsində qeydə alınıb. Hərbçilər odlu silah və minaatanlardan atəşə tutulub.
ABŞ-ın Somalidəki 500 nəfərlik hərbi kontingenti yerli birləşmələrin hazırlanması ilə yanaşı “Əş-Şəbab” terror qruplaşmasına qarşı əməliyyatlar aparır.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.