BMT Somalidəki vəziyyətlə bağlı növbəti hesabatını açıqlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hesabatda bildirilib ki, 2010 - 2012 - ci illərdə Somalidə 260 minə yaxın insan acından ölüb.
Ölənlərin yarısı 5 yaşadək olan uşaqlardır.
BMT bildirib ki, beynəlxalq ictimaiyyət ölkədəki aclıqla bağlı problemə tez yardım etsə idi, o zaman ölənlərin sayı qat-qat az ola bilərdi.
Bir müddət öncə, Britaniya hökuməti isə Somalidə acından ölənlərin sayının daha az – 50-100 min arasında olduğu haqda məlumat yayıb.