Suriya lideri Bəşər Əsədin öldürüldüyü barədə məlumat yayılıb. Lent.az-ın haberturk.coma-a istinadən məlumatına görə, sosial mediaya “bomba kimi düşən” bu xəbərdə Əsədin mühafizəçisi tərəfindən öldürüldüyü bildirilib.
Hələlik bu xəbərlə bağlı heç bir rəsmi mənbə açıqlama verməyib. Lakin “tweeter”-də belə xəbərlər yayılıb ki, İsrailli və Livanlı mənbələr xəbəri təsdiqləyiblər.
Suriya rəhbərini vuran şəxsin iranlı Mehdi Yaqubi adlı bir zabit olduğu da dolaşan xəbərlər arasındadır.