ŞOK: Laboratoriyadan təhlükəli virus yoxa çıxıb!
26 mart 2013 13:06 (UTC +04:00)

ŞOK: Laboratoriyadan təhlükəli virus yoxa çıxıb!

 

ABŞ-ın Texas ştatındakı Halverston şəhər laboratoriyasından içində təhlükəli virus olan flakon itib. Lent.az-ın “İtar tass”-a istinadən məlumatına görə, flakonda ötən həftə inventar planlaşdırma zamanı aşkarlanan və az tədqiq olunan “Quanarito” virusu olub. Flakon dondurucuda mühafizə olunurmuş.


Laboratoriyanın direktoru Skotta Uivera bildirib ki, laboratoriyaya icazəsiz daxil olan olmayıb. Direktor deyib ki, virus oğurlanmayıb, elə laboratoriyadaca məhv edilib. Lakin bu fikir ehtimal kimi qəbul olunub.

Qeyd edək ki, Halveston laboratoriyası təhlükəli xəstəliklərin əleyhinə vaksin hazırlamaqla məşğuldur. Bu virus bioloji silah kimi istifadə oluna bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2060
avatar

Oxşar yazılar