ŞOK! Əsəd həyat yoldaşınıı 3 uşağı ilə birgə İrana qaçırdıb
02 may 2013 13:43 (UTC +04:00)

ŞOK! Əsəd həyat yoldaşınıı 3 uşağı ilə birgə İrana qaçırdıb

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyada vəziyyətin getdikcə pisləşdiyinə görə, Bəşər Əsəd hərbi müdaxilə ehtimalını nəzərə alaraq 6 aylıq hamilə olan həyat yoldaşını, iki oğlu və bir qızını gizli şəkildə ölkə xaricinə göndərib. Əsma Əsədin övladları ilə birgə bir müddət əvvəl Rusiya sualtı qayığı vasitəsilə Tartus limanından İrana qaçırıldığı, onu 6 mühafizəçinin müşayiət etdiyi, Böyük Britaniyada yaşayan anası Səhər əl-Əxrəsin də Tehrana qızının yanına gəldiyi qeyd olunur.

 

Qeyd edək ki, 2012-ci il martın 23-də Avropa Birliyinin (AB) xarici işlər nazirləri Əsma Əsədin quruma üzv dövlətlərə səfər etməsinə qadağa qoyub və bu ölkələrdəki mal varlığını dondurub. Bu sanksiyalardan dolayı ölkə xaricinə çıxa bilməyən Əsma Əsədin İrana qaçırıldığı, oradan da Böyük Britaniyaya gedəcəyi iddia edilib. Çünki Böyük Britaniya Daxili İşlər Nazirliyi bir müddət əvvəl Avropa Birliyinin qadağasının Əsma Əsədin bu ölkəyə səfər etməsinin qarşısını ala bilməyəcəyini bildirib və bu açıqlamanın İran seçimində təsirli olduğu vurğulanıb.

 

Əslən humuslu sünni bir ailədən olan Ə. Əsəd 1975-ci il avqustun 11-də Londonda dünyaya gəlib. O, Londonda Kromvel xəstəxanasında kardioloq vəzifəsində çalışan Fəvaz Əxrəs və təqaüdə çıxmış diplomat Səhər əl-Əxrəsin övladıdır. 1996-cı ildə Kral Kollecindən məzun olan Ə. Əsəd ilk olaraq “Deutsche Bank”da, 1998-ci ildə isə “JP Morgan”da işləyib. Hafiz Əsədin ölümündən sonra prezident olan B. Əsədlə 2000-ci ilin dekabrında ailə həyatı qurub və bundan sonra Suriyaya köçərək karyerasına son verib. Ə. Əsəd həmçinin Böyük Britaniya vətəndaşıdır.

 

Xatırladaq ki, Bəşər Əsədə Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim vasitəsilə B. Əsədə mayın 23-dək “şiddətə son ver” ya da “vəzifədən get” mesajı verildiyi, əks təqdirdə ABŞ liderliyindəki 9 ölkənin Suriyaya hərbi müdaxilə edəcəyi bildirilib. Qərarın Hollandiyada alındığı və qərarı dəstəkləyən ölkələr arasında Almaniya, İspaniya və İtaliyanın da olduğu qeyd edilib. Artıq həmin ölkələr bu əməliyyata qatılmaq üçün son hazırlıqlarını görüblər. Əməliyyat NATO-nun nəzarəti altında quru, hava və dənizdən eyni zamanda həyata keçiriləcək.

 

Məlumata görə, son iki ildə baş verən toqquşmalarda 20 min nəfəri Əsəd tərəfdarı olmaqla 92 min 372 nəfər ölüb. Suriya həbsxanalarında 30 minə yaxın insan var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar