Bolqarıstanda bir qrup tələbə universitet binasına girərək, qapıları bağlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar hökumətin istefasını tələb edir.
Paytaxt Sofiyadakı universitetdə tədris dayanıb. Tələbələr müəllimləri, hakimiyyət nümayəndələrini universitetə buraxmır. Sofiya küçələrində bir neçə min onları dəstəkləyir.
Mənbə xatırladıb ki, ölkədə siyasi böhran bir neçə aydır dərinləşib. Bu ilin iyulunda etirazçılar deputatlar və nazirlər içəridə olanda parlamentin binasını mühasirəyə almışdı.
Bu ilin mayında keçirilən seçkidən sonra texnokrat Plamen Oreşarsk başçılığı ilə yeni hökumət formalaşmışdı. Ancaq korrupsiyada adı hallanandan sonra onun nüfuzu düşüb.