Rusiyanın paytaxtı Moskvadakı bazarlarda yoxlamalara kazaklar və deputatlar da cəlb olunacaqlar. Lent.az-ın məlumatına görə, belə bir tapşırığı Moskva meri Sergey Sobyanin müavinlərinə və idarə rəislərinə verib.
Bu məqsədlə yaradılmış xüsusi komissiya tərəvəz bazalarında və ticarət meydanlarında müntəzəm reydlər keçirəcək. Komissiyanın tərkibinə deputatlar, kazaklar və ictimai xadimlər daxil edilib.