Snouden «Qardian»-ın müxbirinə 20 min məxfi sənəd ötürüb
07 avqust 2013 02:09 (UTC +04:00)

Snouden «Qardian»-ın müxbirinə 20 min məxfi sənəd ötürüb

Britaniyada çıxan «Qardian» qəzetinin jurnalisti Glenn Grinvald bildirib ki, onun əlində ABŞ hakimiyyətinin 20 min gizli sənədi var.

 

Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, bu sənədləri ona Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden verib.

 

Hazırda Braziliyada yaşayan Grinvald yerli senatın beynəlxalq münasibətlər üzrə komissiyası qarşısında çıxışı zamanı bu haqda məlumat versə də, sənədlərin məzmunundan danışmayıb.

 

Qeyd edək ki, o, Snoudenlə bağlı məlumatı məhz ilk dəfə «Qardian»-da çap etdirib və həmin xəbərlə məşhurlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar