Sinayda fövqəladə vəziyyət
10 mart 2013 04:14 (UTC +04:00)

Sinayda fövqəladə vəziyyət

Misirin Sinay yarımadasında fövqəladə vəziyyət elan edilib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, güc qurumları bunu islamçı sayılan radikal qüvvələrin hücumu ilə əsaslandırıb.

 

Kəşfiyyat orqanları bildirib ki, onlar hakimiyyət binasına hücum etməli imiş.

 

Qeyd edək ki, Sinay yarımadası İsraillə həmsərhəddədir. Məlumatlar əsasən, Misirin bu hissəsindəki əhali dəfələrlə təhlükə ilə üz-üzə qalıb.

 

Son aylar hakimiyyət bu ərazidə irimiqyaslı hərbi əməliyyat keçirib. Britaniyanın xarici işlər naziri Sinaya terrorçuların hücum edəcəyi haqda xəbərdarlıq etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar