Rəsmi Seul 1950-53-cü illərdə Koreya savaşında Cənubi və Şimali koreyalar arasında ayrılmış ailələrin görüşlərinin gələn keçirilməsi haqda razılıq əldə etdiklərini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, artıq üç ildir belə görüş keçirilmir.
Cənubi Koreyanın Birləşmə Nazirliyi bildirib ki, hər tərəfdən görüş üçün yüz ailə seçiləcək. Görüş sentyabrın sonunda Şimali Koreyanın kurort şəhərində gerçəkləşdiriləcək.
Mənbənin məlumatına əsasən, rəsmi Seula qeyd edib ki, bu, cari ilin əvvəlində gərginləşəndən sonra münasibətlərin yaxşılaşmasının nişanəsidir.