BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı daha sərt sanksiyanın birsəslə qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,yeni sanksiya rəsmi Pxenyan üçün maliyyə məhdudiyyətləri sərtləşdirib. Bundan başqa yeni nüvə sınaqlarını keçirmək üçün Şimali Koreyaya yüklərin gətirilməsini əngəlləyir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının əvvəlik qətanməsinə məhəl qoymayaraq, Pxenyan nüvə sınağı keçirib.
Təhlküəsizlik şurasının sözügedən sanksiyasına səsvermədən bir neçə saat öncə Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-ı nüvə zərbəsi vuracağı ilə hədələyib. Qurum bunu Vaşinqtonun Cəunbi Koreyada nüvə savaşına hazırlıqla bağlı təlim keçirməsi ilə əsaslandırıb